Bakı. 5 fevral. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, D qrupunda yer alan millinin ikinci turdakı rəqibi Çexiya olacaq.
Qalib komanda, böyük ehtimalla, 1/4 finala yüksələcək. İlk turda Azərbaycan yığması İtaliyaya 0:3 hesabı ilə uduzub. Çexiya isə birinci oyununu hələ bu gecə keçirəcək. 3 komandadan ibarət qrupu ilk 2 pillədə tamamlayanlar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Bu baxımdan, baş məşqçi Faustino Peresin komandası mütləq qalib gəlməli və son turda Çexiyanın İtaliyanı yenə bilməyəcəyinə ümid etməlidir.
Azərbaycan millisinin heyətində cəzalı Amadeu meydana çıxa bilməyəcək. O, İtaliya ilə qarşılaşmada qırmızı vərəqə alıb.
Avropa çempionatı
D qrupu, II tur
00:00. Azərbaycan - Çexiya
Hakimlər: Admir Zahoviç (Sloveniya), Cerald Bauemfaynd (Avstriya), Tomaş Frak (Polşa), Saşa Tomiç (Xorvatiya)