Formula-1 komandasının rəhbəri: "Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm"

Komanda
  • 20 iyun, 2016
  • 06:51
Formula-1 komandasının rəhbəri: Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm

Bakı. 20 iyun. REPORT.AZ/  "Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm".

"Report" xəbər verir ki, bu barədə "Torro Rosso" Formula-1 komandasının rəhbəri Frans Tost Bakıda keçirilən Avropa Qran-prisinin yekunlarını şərh edərkən bildirib. 

"Bura gəlmək və hər şeyin necə qurulduğunu görmək əsl sürpriz idi. Bakı - çox gözəl şəhərdir, insanları da çox mehribandır, bizi dəstəkləyirdilər", - o qeyd edib.

Komandanın rəhbəri, həmçinin təşkilatçılara və Formula-1 rəhbəri Berni Ekklstouna Bakının yarış təqviminə salındığına görə, minnətdarlığını bildirib. 

Yarışın nəticələri haqqında danışaraq, F.Tost komandanın iki pilotunun trasdan çıxdıqları və nəticə göstərmədiklərinə görə, təəssüf etdiyini vurğulayıb. 

44 filmi