Yuxarı

​Ermənistan yığması Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək

Olimpiada sentyabrın 1-də start götürəcək

Bakı. 25 iyul. REPORT.AZ/ Ermənistan yığması Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək.

"Report" "news.am" portalına istinadən xəbər verir ki, bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bəyan edib.

"Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməmək barədə qərar qəbul edib. Bu, bizim ümumi və yekun qərarımızdır", - deyə o əlavə edib.

Dünya Şahmat Olimpiadası sentyabrın 1-də Bakıda start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi