"Neftçi" basketbol komandası Dünya Qadın Seriyası ilə vidalaşıb

"Neftçi" basketbol komandası Dünya Qadın Seriyası ilə vidalaşıb Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Polşada təşkil olunan Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni erkən dayandırıb.
Komanda
14 Avqust , 2023 19:49
Neftçi basketbol komandası Dünya Qadın Seriyası ilə vidalaşıb

"Neftçi" Polşada təşkil olunmuş 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, B qrupundakı sonuncu matçında Litva millisinə 20:22 hesabı ilə məğlub olan Bakı klubu turnirlə vidalaşıb.

17:42

Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası Polşada təşkil olunan Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni erkən dayandırıb.

"Report"un məlumatına görə, qrupa düşmək uğrunda mübarizə aparan yığma ilk görüşündə İsrailə 7:21, ikinci oyunda isə Rumıniyaya 15:16 hesabı ilə uduzub.

B qrupunda qərarlaşan "Neftçi" isə ilk görüşündə İtaliya millisi ilə bacarmayıb - 10:13. Azərbaycan təmsilçisi növbəti matçını Bakı vaxtı ilə saat 18:55-də Litva seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi