Avropa Voleybol Konfederasiyası (CEV) öz bayrağı altında keçirilən bütün yarışları koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək dayandırıb.
"Report" xəbər verir ki, bu barədə CEV-in Mətbuat xidməti məlumat yayıb.
Qurumun prezidenti Aleksandr Boriçiç bu qərarı qəbul etmək çətin olub: "Biz oyunçuların, rəsmi şəxslərin və azarkeşlərin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün bu addımı atdıq. Avropadakı ümumi vəziyyəti nəzərə alsaq, bu qərarı onsuz da verməli idik. Böhranın gələcək inkişafından asılı olaraq qarşılıqlı həll yolları tapmaq üçün vəziyyəti izləməyə və maraqlı tərəflərlə birliklə işləməyə davam edəcəyik".
Avropa Voleybol Konfederasiyasının yarışları dayandırmaq qərarı Çempionlar Liqası, CEV və Çağırış Kuboklarına şamil olunub.