Boris Yotov: "Hədəfim 2016-cı il olimpiadasında medal qazanmaqdır"

Boris Yotov: "Hədəfim 2016-cı il olimpiadasında medal qazanmaqdır" "Avar çəkməsəydim, voleybolçu olardım"
Komanda
22 Dekabr , 2014 16:25
Boris Yotov: Hədəfim 2016-cı il olimpiadasında medal qazanmaqdır

Bakı. 22 dekabr. REPORT.AZ/ "Mənim üçün avarçəkmə həyat yoludur. İndiyədək avarçəkmədə ən sevimli nəailiyyətim kimi Dünya Kubokunda 2 nəfərlik qayıqla yürüşdə ikinci yeri qeyd edərdim". "Report"un məlumatına görə, bunu Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) rəsmi saytına açıqlamasında dekabr ayının "Yüksələn ulduzu" (“Rising star”) seçilən Azərbaycan təmsilçisi Boris Yotov deyib.

18 yaşlı idmançı hədəfinin 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarında medal qazanmaq olduğunu bildirib. O deyib ki, avar çəkməklə məşğul olmasaydı, voleybolçu olardı. B.Yotov bunu uşaq yaşlarında voleybolla məşğul olması ilə əlaqələndirib. 

Gənc idmançı hobbilərindən də danışıb: "Mənim idmanda qəhrəmanlarım Xorvatiyadan olan Sinkoviç qardaşlarıdır. Reqata məkanlarından daha çox bəyəndiyim İsveçrənin Lütsen şəhəridir. Avar çəkmədiyim vaxtlarda dostlarımla görüşməyi xoşlayıram. Sevimli musiqim rep, artistim isə Eminemdir".

Son xəbərlər

Orphus sistemi