Bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib - SİYAHI

Bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib - SİYAHI Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Komanda
19 Dekabr , 2014 19:37
Bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib - SİYAHI

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Aliomarov Maqomed Aliomaroviç

Cəfərov Vaqif Məmmədəli oğlu

Həsənov Musa Süleyman oğlu

İsmayılov Çingiz Məmməd oğlu

“Əməkdar Müəllim”

Atakişiyev Akif Əli oğlu

Şahbazov Şəmsəddin İbrahim oğlu

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Həsənov Rafiq Binnət oğlu

Useynov Məmməd Mir Bağır oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi