Yuxarı

Formula-1 üzrə Avropa Qran Prisində iştirak edən pilotlardan biri mübarizəni dayandırıb

Daniel Kvyatın idarə etdiyi boliddə texniki problem yaranıb

Bakı. 19 iyun. REPORT.AZ/ Hazırda Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisində iştirak edən pilotlardan biri mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, "Toro Rosso" komandasının üzvü Daniel Kvyat mübarizəni kənardan izləməli olub.

Buna pilotun idarə etdiyi boliddə texniki problemin yaranması səbəb olub.

Qeyd edək ki, Avropa Qran Prisi 51 dövrədən ibarətdir və mübarizədə 21 pilot iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi