Yuxarı
    Bağlamaq

    Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək

    Yeni seçkilər 2017-ci il sentyabrın 7-8-də keçiriləcək

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven yaxın aylarda postunu tərk edəcək.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Paralimpiya Komitəsinin rəhbəri Vladimir Lukin məlumat verib.

    Onun sözlərinə görə, F.Kreyven artıq 3 dəfə prezident seçildiyindən "limiti doldurub", daha Komitə rəhbəri ola bilməz.

    Qeyd edək ki, yeni prezident seçkilərinin baş tutacağı BPK-nın Baş Assambleyası 2017-ci il sentyabrın 7-8-də Əbu-Dabidə keçiriləcək. Assambleyanın sessiyasında 150-dən çox ölkədən 550-dən çox nümayəndə iştirak edəcək.

    Xatırladaq ki, F.Kreyven 2001-ci ildən BPK-nın prezidentidir, 2003-ci ildən isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi