Beynəlxalq Kanoe Federasiyası: Azərbaycanın kayak və kanoe üzrə bütün nüfuzlu yarışları keçirmə şansı var

Beynəlxalq Kanoe Federasiyası: Azərbaycanın kayak və kanoe üzrə bütün nüfuzlu yarışları keçirmə şansı var İştvan Vaşkut: "Mingəçevir şəhərindəki "Kür" Avarçəkmə Mərkəzi yaxşı vəziyyətdədir"
Komanda
29 İyul , 2016 18:17
Beynəlxalq Kanoe Federasiyası: Azərbaycanın kayak və kanoe üzrə bütün nüfuzlu yarışları keçirmə şansı var

Minsk. 29 iyul. REPORT.AZ/ "Təəssüf ki, özüm "Bakı 2015" I Avropa Oyunlarında olmamışam. Amma eşitmişəm ki, Avropa Oyunları layiqincə keçib". 

Bunu "Report"un Belarusun paytaxtı Minskə ezam olunmuş əməkdaşına müsahibəsində yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatını izləyən Beynəlxalq Kanoe Federasiyasının (İCF) I vitse-prezidenti İştvan Vaşkuti deyib.

Macarıstanlı funksioner bildirib ki, Avropa Oyunları zamanı kayak və kanoe yürüşlərinin keçirildiyi Mingəçevir şəhərindəki "Kür" Avarçəkmə Mərkəzi yaxşı vəziyyətdədir. O, həmin idman qurğusunda yenidən nüfuzlu yarışların keçirilmə ehtimalının olduğunu istisna etməyib: "Azərbaycan tərəfi beynəlxalq reqatalara ev sahibliyi üçün müraciət etsə, baxacağıq. Ərizə İCF-nin tələblərinə uyğun olsa, Azərbaycanın kayak və kanoe üzrə bütün nüfuzlu yarışları keçirmə şansı var".

Xatırladaq ki, İştvan Vaşkuti 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının kanoe üzrə qalibi və 6 qat dünya çempionudur.

Son xəbərlər

Orphus sistemi