"Barselona"nın baş məşqçisində koronavirus aşkarlandı

"Barselona"nın baş məşqçisində koronavirus aşkarlandı Basketbol üzrə İspaniya "Barselona"sının baş məşqçisi Şarunas Yasikyaviçyus koronavirusa yoluxub.
Komanda
890
3 Oktyabr , 2020 17:25
Barselonanın baş məşqçisində koronavirus aşkarlandı
Şarunas Yasikyaviçyus

İspaniyanın "Barselona" basketbol komandasının baş məşqçisi Şarunas Yasikyaviçyus koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, litvalı mütəxəssislə yanaşı, onun köməkçisi Daryus Maskolyunasda da infeksiya aşkarlanıb.

Hər iki şəxsin təcrid olunduğu və özlərini yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, 44 yaşlı Şarunas Yasikyaviçyus bu ildən "Barselona"ya rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi