Bakı 2015 Avropa Oyunlarının Brendi "Design Week" tərəfindən tanınıb

Bakı 2015 Avropa Oyunlarının Brendi "Design Week" tərəfindən tanınıb Bakı 2015 Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınıb
Komanda
19 Dekabr , 2014 13:33
Bakı 2015 Avropa Oyunlarının Brendi Design Week tərəfindən tanınıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı 2015 Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınıb. "Report"un məlumatına görə, "Design Week" Avropa Oyunlarının avqustda buraxılmış yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birgə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırıb.

"Brend Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur "SomeOne" agentliyi ilə birlikdə hazırlanıb. Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakının küçələrinə yaraşıq gətirən və dünyada dərhal tanınan Avropa Oyunlarının yeni tərtibatının üzərində işləmiş hər kəsi təbrik edib: "Brendimizin "Design Week" tərəfindən tanınması böyük nailiyyətdir və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır. Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və Avropa Oyunlarının bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək. Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdır. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilmişdir".

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi