Yuxarı

"Azəryol" klubunun yeni baş məşqçisi müəyyənləşib

Eldar Yusubov Ziya Rəcəbovu əvəzləyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun yeni baş məşqçisi müəyyənləşib. Klubdan "Report"a verilən məlumata görə, bu, Eldar Yusubovdur. 

Gənc mütəxəssis bu vəzifədə Ziya Rəcəbovu əvəzləyib. 

Qeyd edək ki, Eldar Yusubov əvvəllər "Telekom" və "Rabitə" komandalarında baş məşqçi kimi çalışıb. O, "Rabitə"də ikən Azərbaycan Super Liqasının qızıl, Çempionlar Liqasının bürünc medalını qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi