"Azerreyl" daha bir oyunçusu ilə bağlı qərarını açıqladı

Komanda
  • 03 iyun, 2020
  • 13:01
Azerreyl daha bir oyunçusu ilə bağlı qərarını açıqladı
Anastasiya Mertsalova

"Azerreyl" klubu voleybolçusu Anastasiya Mertsalova ilə bağlı qərarını açıqlayıb. 

"Report"un məlumatına görə, 19 yaşlı orta sahə oyunçusu ilə müqavilənin müddəti uzadılıb. 

Sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Azerreyl" daha öncə Azərbaycan yığmasının üzvü Kseniya Pavlenko ilə müqaviləni yeniləyib.