​Azərbaycanlı idmançılar Türkiyədə mükafat qazanıb

​Azərbaycanlı idmançılar Türkiyədə mükafat qazanıb İkinci və üçüncü pillələrə idmançılarımız Kənan Əliyev və Vəkil Nəsibov sahib çıxıb
Komanda
15 Dekabr , 2014 20:10
​Azərbaycanlı idmançılar Türkiyədə mükafat qazanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Türkiyə Qılıncoynatma Federasiyasının təşkil etdiyi yarış başa çatıb. "Report"un məlumatına görə, Kocaelidə başa çatan yarışda azərbaycanlı idmançılar da qüvvəsini sınayıb və mükafat qazanıb.

Turnirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Avstraliya, Avstriya, Kanada, İtaliya, Küveyt, Braziliya, Finlandiya, Argentina, Belarus, Fransa, Gürcüstan, Makedoniya, Sloveniya, Tunis, Sinqapur, Venesuela, Danimarka, BƏƏ və Yunanıstandan 174 idmançı iştirak edib.

Rapira növü üzrə qadınların yarışında ilk üçlük Sinqapur idmançılarının olub. Şpaqa növü üzrə isə ardıcıl olaraq Venesuela, İtaliya və Türkiyə idmançıları rəqiblərindən üstün olub.

Kişilərin Şpaqa növü üzrə yarışında ilk pilləyə İtaliyalı idmançı layiq görülüb. İkinci və üçüncü pillələrə idmançılarımız Kənan Əliyev və Vəkil Nəsibov sahib çıxıb. Rapira növü üzrə kişilərin yarışında isə türkiyəli idmançılar ilk 3 yeri qazanaraq fəxri kürsüyə dəvət olunub.

Son xəbərlər

Orphus sistemi