Yuxarı

Azərbaycanlı hakim avrokuboklara təyinat alıb

Konstantin Selin “Hapoel-Pfeffingen oyununu idarə edəcək

Bakı. 3 yanvar. REPORT.AZ/ Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi Konstantin Selin növbəti avrokubok matçına təyinat alıb.

"Report" xəbər verir ki, o, Vladimir Kukşinovla birgə qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin oyununu idarə edəcək.

İsraildə baş tutacaq qarşılaşmada yerli “Hapoel" İsveçrənin "Pfeffingen” komandasını qəbul edəcək.

Qarşılaşma yanvarın 21-də baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi