Yuxarı

Azərbaycanın voleybol millisi Slovakiyanı məğlub edib

Yığmamız hər üç setdə rəqibindən üstün olub

Bakı. 23 may. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 3-cü təsnifat mərhələsində ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, rəqib Slovakiya yığması olub.

Bakıdakı "Azəryolservis" İdman Mərkəzində təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qonaqlar hər üç setdə ciddi müqavimət göstərsələr də, Azərbaycan yığmasının beynəlxalq oyun təcrübəsi öz sözünü deyib. İlk setdə 25:22, ikincisində 25:18 hesabı ilə üstün olan Aleksandr Çervyakovun komandası üçüncü setdə geridə olmasına rəğmən, sonluğa doğru istəyinə çatıb - 25:23.

Qeyd edək ki, cavab görüşü mayın 30-da Slovakiyanın Levitse şəhərindəki İdman Sarayında keçiriləcək. İki oyunun nəticəsində üstün olacaq komanda sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi