Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək 27 ildən sonra Avropa çempionatının medalçısı olub

Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək 27 ildən sonra Avropa çempionatının medalçısı olub Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
Komanda
2 Noyabr , 2019 15:45
Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək 27 ildən sonra Avropa çempionatının medalçısı olub

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

"Report"un məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb. 

Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. 

Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.  

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan - 1:3

Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5

Matey Sebenik - Rauf Məmmədov - 0:1

Yure Skoberne - Qədir Hüseynov - 0:1

Yan Sudel - Eltac Səfərli - 0,5:0,5

Azərbaycan - Ermənistan - 2,5:1,5

Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0

Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0,5:0,5

Gülnar Məmmədova - Anna Sarqsyan - 0,5:0,5 

Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi