Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Bakıda Macarıstan yığmasını üstələyib
Komanda
22 Sentyabr , 2017 20:32
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

A qrupu

Macarıstan – Azərbaycan 0:2 (24:25, 14:25, 16:25)

Bakı. Milli Gimnastika Arenası

Son xəbərlər

Orphus sistemi