Azərbaycanın basketbol yığması Avropa çempionatında uğursuz çıxış edib

Azərbaycanın basketbol yığması Avropa çempionatında uğursuz çıxış edib Milli komanda bütün görüşlərində uduzub
Komanda
21 İyul , 2017 14:47
Azərbaycanın basketbol yığması Avropa çempionatında uğursuz çıxış edib

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığma komandası Avropa çempionatında uğursuzluqla üzləşib.

“Report”un məlumatına görə, B divizionunda mübarizə aparan milli indiyədək keçirdiyi bütün görüşləri uduzub.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Rusiyaya 56:85, Slovakiyaya 78:86, Böyük Britaniyaya 68:111 və Hollandiyaya 54:85 hesabı ilə yenilərək, yer aldığı B qrupunda sonuncu olub.

Azərbaycan yığması qrup sonuncularının iştirak etdiyi 17 - 21-ci yerlər uğrunda mübarizədə də inamsız təsir bağışlayıb və Ermənistan yığmasına məğlub olub - 80:82. 21 komandanın iştirak etdiyi çempionatda sonuncu olmamaq üçün hələlik müəyyənləşməyən rəqiblə qarşılaşmadan qalib ayrılmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi