Azərbaycanın 3x3 basketbol millisi Fransadakı turnirə məğlubiyyətlə başlayıb

Komanda
  • 09 iyul, 2024
  • 19:44
Azərbaycanın 3x3 basketbol millisi  Fransadakı turnirə məğlubiyyətlə başlayıb

Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsinə məğlubiyyətlə start verib.

“Report” xəbər verir ki, D qrupunda qərarlaşan millimiz ilk görüşündə “Bordo” klubu ilə qarşılaşıb və rəqibinə 9:17 hesabı ilə məğlub olub.

Komandamızın qrupda növbəti oyunu İspaniya seçməsinə qarşı olacaq.

44 filmi