Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) çıxışını tamamlayıb.
“Report” xəbər verir ki, son olaraq Azərbaycanın cüdo yığması ikinci təsəlliverici görüşdə İtaliyaya uduzub - 3:4.
Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi medal sıralamasında 2-ci pillədə qərarlaşıb. Hazırda Rusiya komandası 27 qızıl, 16 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Aktivində 10 qızıl, 5 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 3-cü yerdədir. Yarış davam etdiyi üçün mövqe dəyişikliyi ola bilər.
13:37***
Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) çıxışını başa vurmaq üzrədir.
“Report” xəbər verir ki, oğlanlardan ibarət voleybol yığması 7-ci yer uğrunda görüşdə Almaniya kollektivinə uduzub - 1:3. Cüdo üzrə Azərbaycan yığması isə 1/8 finalda Gürcüstana 3:4 hesabı ilə uduzandan sonra ilk təsəlliverici görüşdə Hollandiya kollektivini məğlub edib - 4:2. Millimiz təsəlliverici mərhələnin ikinci görüşündə İtaliya ilə üz-üzə gələcək.
Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi medal sıralamasında 2-ci pillədə qərarlaşıb. Hazırda Rusiya komandası 27 qızıl, 16 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Aktivində 10 qızıl, 5 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 3-cü yerdədir. Yarış davam etdiyi üçün mövqe dəyişikliyi ola bilər.
Qeyd edək ki, Azərbaycan millisinə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Fərid Sadıqlı, Qurbanov Qurban, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbsət güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal götürüb.
Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.
Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medal qazanıb.