Azərbaycan təmsilçisi U-23 Avropa çempionatının yunan-Roma güləşinin qalibi olub

Azərbaycan təmsilçisi U-23 Avropa çempionatının yunan-Roma güləşinin qalibi olub Murad Məmmədov Jampolad Lokyayevə qalib gələrək qızıl medal qazanıb
Komanda
2 Aprel , 2017 21:28
Azərbaycan təmsilçisi U-23 Avropa çempionatının yunan-Roma güləşinin qalibi olub

Bakı. 2 aprel. REPORT.AZ/ Macarıstanın Szombathely şəhərində təşkil olunmuş güləş üzrə U-23 Avropa çempionatının son günündə yunan-Roma güləşçiləri arasında keçirilən final mübarizəsinin qalibi Azərbaycan təmsilçisi Murad Məmmədov (59 kq) olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Murad Məmmədov rusiyalı rəqibi Jampolad Lokyayevə qalib gələrək qızıl medal qazanıb.

Finalda Azərbaycan idmançısına məğlub olan Jambolad Lokyayev gümüş medal qazanıb. Çempionatda üçüncü yeri Gürcüstan təmsilçisi Dato Çxartişvili və Litvalı idmançı Yustas Petraviçus tutublar.

Qeyd edək ki, güləş üzrə U-23 Avropa çempionatında martın 28-də start götürüb. Çempionatda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. Çempionatda 19-23 yaşlı idmançılar mübarizə aparıb.  

Son xəbərlər

Orphus sistemi