Formula 1: Azərbaycan Qran Prisində rekord təzələnib
Komanda
- 26 iyun, 2017
- 06:06
Bakı. 26 iyun. REPORT.AZ/ Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran Prisində 3-cü yer tutan "William" komandanın kanadalı sürücü Lance Stroll rekorda imza atıb.
"Report"un Formula 1-in rəsmi saytına istinadın verdiyi xəbərə görə, 18 yaş 239 gün olan kanadalı sürücü bu idman növünün tarixində podiuma çıxan ən gənc Formula-1 debütantı olub.
Əvvəlki rekord Lance Strolldan 19 gün böyük olan və keçən il İspaniya Qran Prisini qazanan hollandiyalı pilot Max Verstappenə məxsus idi.
Eyni zamanda, kanadalı idmançı Azərbaycan Qran Prisinin ən yaxşı sürücüsü nominasiyasında qalib olub.
Qeyd edək ki, dünənki yarışın qalibi "Red Bull" komandasının sürücüsü Daniel Ricciardo olub. İkinci yerə "Mercedes"in üzvü Valtteri Bottas çıxıb.
Son xəbərlər
02:23
ABŞ rəsmisi: Nikaraqua Kuba ilə oxşar enerji böhranı ssenarisi ilə üzləşə bilər
Digər ölkələr02:20
ABŞ İrana qarşı yeni hava zərbələrinə başlayıb
Region02:17
Husilər Səudiyyə Ərəbistanına məxsus iki tankeri vurub
Digər ölkələr01:47
Fransada isti havadan 5,7 mindən çox artıq insan ölüb
Digər ölkələr01:30
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
Region01:02
NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib
Digər ölkələr00:27
ABŞ SEPAH-ın Hörmüz boğazına nəzarət iddiasını təkzib edib
Region00:08
Ukraynada azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin olunub
Region23:51