Millinin yeni baş məşqçisi: “Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik”

Millinin yeni baş məşqçisi: “Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik” “Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub".
Komanda
16 May , 2023 12:40
Millinin yeni baş məşqçisi: “Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik”
Ataman Güneyligil

“Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub".

“Report”un məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil mətbuat konfransında deyib.

Mütəxəssis avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söyləyib. O, eyni zamanda, gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb: “Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”.

Baş məşqçi yığmadakı oyunçular barədə məlumatlı olduğunu deyib: “20 voleybolçudan ibarət siyahı əlimizdədir. Burada dəyişiklik də ola bilər. Gənclərin cəlb olunması da nəzərdə tutulub. Yekun siyahını qarşıdakı günlərdə federasiyaya təqdim edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi