Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
"Report"un məlumatına görə, 28 yaşlı oyunçunun şərəfini qoruduğu kollektiv finalda "CSM Volei Alba Blaj"la üz-üzə gəlib.
Rəqibinə 1:3 hesabı ilə uduzan “CSM Lugoj” gümüş medalla kifayətlənib.