Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik" "Rəqib bu gün yaxşı oynadı".
Komanda
3 sentyabr 2022 16:20
Azərbaycan millisinin baş məşqçisi: Final mərhələsinə yüksəlməliyik

"Rəqib bu gün yaxşı oynadı".

Bunu "Report"a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Eldar Yusubov 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Sloveniyaya 1:3 hesabı ilə uduzduqları IV tur oyunu barədə danışarkən deyib.

Mütəxəssis Sloveniya seçməsinin müdafiədən yaxşı toplar çıxartdığını bildirib: "4-cü setdə 17:9 hesabı ilə öndə idik. Qızlar özlərində inam yaratmadılar. İki dəfə taym-aut götürdük. Amma həmin vaxt bir top götürə bilmədik və rəqib ardıcıl xallar qazandı".

Yusubov oyunçularda arxayınlığın olmadığını söyləyib: "İdmanda belə hallar olur. Bəzən irəlidə olduğun an məğlub olursan".

Baş məşqçi qarşıdakı iki görüşdən birində mütləq qələbə qazanmağın lazım olduğunu diqqətə çatdırıb: "Həmin qarşılaşmalardan birində qalib gəlib final mərhələsinə yüksəlməliyik. Bu gün şansımız var idi, amma onu əldən buraxdıq".

Son xəbərlər

Orphus sistemi