Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
Komanda
- 14 iyun, 2024
- 14:08
Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistanla qarşılaşan yığma rəqibini 7:0 hesabı ilə üstələyib.
Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə bitirən komanda finala çıxıb. Təmsilçimiz həlledici oyunda B qrupunu lider kimi tamamlayan Mərakeş komandası ilə qarşılaşacaq.
A və B qrupunda ikinci yeri tutan Özbəkistan və Nigeriya komandaları üçüncülük uğrunda qarşılaşacaqlar. Hər iki oyun iyunun 16-da keçiriləcək.
Qeyd edək ki, milli qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.
Son xəbərlər
09:32
U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq
Fərdi09:28
Bu gün Tehranda İranın yeni lideri Müctəba Xameneiyə sədaqət andı içiləcək
Region09:05
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
Biznes09:01
Premyer Liqa: Bu gün "Zirə" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək
Futbol08:57
İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb
Digər ölkələr08:49
Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib
Digər ölkələr08:29
"Brent" neftin qiyməti 118 dolları ötüb - YENİLƏNİB
Energetika08:09
KİV: ABŞ-də qadın müğənni Rihannanın evinə atəş açıb
Digər ölkələr07:45