​Voleybol üzrə Azərbaycan milli komandası yanan binanın qarşısında faciə qurbanlarını yad edib

​Voleybol üzrə Azərbaycan milli komandası yanan binanın qarşısında faciə qurbanlarını yad edib "Həmin hadisədən çox kədərlənmişik"
Komanda
21 May , 2015 13:10
​Voleybol üzrə Azərbaycan milli komandası yanan binanın qarşısında faciə qurbanlarını yad edib

Bakı. 21 may. REPORT.AZ/ Voleybol üzrə Azərbaycan milli komandası Bakının Binəqədi rayonunda baş verən yanğında həlak olanları yad ediblər. Bu barədə "Report"a voleybol üzrə milli komandanın üzvü Ayşən Əbdüləzimova məlumat verib.

Onun sözlərinə görə, komanda üzvləri məşqdən qayıdarkən binanın yandığının şahidi olublar. A.Əbdüləzimova bildirib ki, hadisənin fəsadları barədə mətbuatdan xəbər tutublar: "Səhər saatlarında biz məşqdən çıxanda gördük ki, tüstü, alov var və dedik ki, harasa yanır. Amma 5 dəqiqə sonra internetdən oxuyanda hamı şok vəziyyətində idi və heç kəs inanmırdı. Ertəsi gün bütün komanda ilə, məşqçilərlə hadisə yerinə getdik, binanın qarşısına gül qoyduq. Allah rəhmət eləsin! Bilmirəm, ailələrinə nə deyim, Allah səbr versin. Doğurdan da çox pis hadisədir. Bir az orada qaldıq və çox pis olduq. Oradan göz yaşları ilə ayrıldıq".

Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi