Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Beynəlxalq Jəutikov Olimpiadasında Azərbaycan məktəbliləri uğurla iştirak edərək 1 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar.
“Report”a
Həmçinin fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov riyaziyyat fənnindən gümüş medal, 9-cu sinif şagirdi Toğrul Abbasov, habelə Şuşa rayonu Malıbəyli kəndi 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medala layiq görülüblər. Nəhayət, fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov fizika fənnindən bürünc medal qazanıb.
Qeyd edək ki, Qazaxıstanın görkəmli riyaziyyatçı alimi akademik Orımbek Jəutikovun şərəfinə adı qoyulmuş Beynəlxalq Jəutikov Olimpiadaları (İZHO) 2005-ci ildən etibarən hər il keçirilir. Bu tədbirlərdə 2006-cı ildən iştirak edən azərbaycanlı məktəblilər bütövlükdə 3 qızıl, 19 gümüş, 27 bürünc medal qazanıblar.