“Land of Fire” İsveçrədə Dünya Kubokuna qatılıb
Komanda
- 27 yanvar, 2023
- 05:16
İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunda Azərbaycanı “Land of Fire” komandası təmsil edir.
“Report” xəbər verir ki, 6 komandanın qatıldığı nüfuzlu turnir bu gün start götürəcək.
Yanvarın 26-da yarışqabağı ABŞ-ın “World Polo League” kollektivi ilə yoldaşlıq oyunu keçirən “Land of Fire” Dünya Kubokunda ilk mübarizəsində “Flexjet”lə üz-üzə gələcək.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkənin tarixi və mədəniyyəti təqdim olunur. Azərbaycan guşəsində milli mətbəxin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara, yarış iştirakçılarına nümayiş etdirilir.
Qeyd edək ki, turnir yanvarın 29-dək davam edəcək.
Son xəbərlər
12:25
"Prior Leasing" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə12:23
İlhamə Qədimova: "Yeni qanunlar rəqəmsallaşmanı və beynəlxalq standartları əhatə edir"
ASK12:20
Kallas Aİ ölkələrini Ukrayna üçün təcili olaraq əlavə HHM raketləri tapmağa çağırıb
Digər ölkələr12:14
"Prior Leasing" 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə12:13
Serbiya Qoşulmama Hərəkatı ölkələri ilə əməkdaşlıq üçün 3 yeni təşəbbüs irəli sürüb
Digər ölkələr12:10
Foto
Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika12:09
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Digər ölkələr11:40
Video
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
Xarici siyasət11:38