Bakı. 25 may. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən karate üzrə 4-cü beynəlxalq turnirə yekun vurulub. "Report"un Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmi saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı karateçilər turniri 7 medalla başa vurublar.
Yarışa yollanan "
Firdovsi Fərzəliyev (-60 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Mamayev (-84 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva və Ədilə Qurbanova (kata) isə gümüş medalla kifayətləniblər. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında ilk pilləyə yüksəlib.
Qeyd edək ki, milli komanda Bakıya döndükdən sonra tam heyətlə Qəbələyə təlim-məşq toplanışına yola düşəcək.