Azərbaycan futzal millisi “Birinci Türk Universitetləri İdman Oyunları"nda iştirak edəcək

Azərbaycan futzal millisi “Birinci Türk Universitetləri İdman Oyunları"nda iştirak edəcək Bakı. 29 mart. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası aprelin 4-də Bakıda start götürəcək “Birinci Türk Universitetləri İdman Oyunlarında (Türk Universiadası) iştirak edəcək.
Komanda
29 Mart , 2018 13:08
Azərbaycan futzal millisi “Birinci Türk Universitetləri İdman Oyunlarında iştirak edəcək

Bakı. 29 mart. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası aprelin 4-də Bakıda start götürəcək “Birinci Türk Universitetləri İdman Oyunları"nda (Türk Universiadası) iştirak edəcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan komandaları ilə mübarizə aparacaq. Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. 

Milli komanda bu gündən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə kollektivin məşqləri Bakı İdman Sarayında keçirilir. Məşqlərə 18 futzalçı dəvət edilib. Oyunlar zamanı isə baş məşqçi 2-si qapıçı olmaqla, ümumilikdə 12 futzalçının xidmətindən yararlana biləcək.

Toplanışa dəvət edilən oyunçular:

Rövşən Hüseynli (“Araz”)

Ramiz Çovdarov (“Araz”)

Oktay Rüstəmli (“Araz”)

Nihad İsmayılov (“FK.İD.Futsal”)

Fərid Atakişiyev (EKOL)

Kamran Hacıyev (“Marafon Futsal”)

İbrahim Zeynalov (“Marafon Futsal”)

Tofik Əliyev (“Marafon Futsal”)

Rüstəm Bağırzadə (“Marafon Futsal”)

Vladislav Vorobyov (“Yasamal”)

Elçin Zeynalov (“Xəmsə”)

Əli Həsənov (“Xəmsə”)

Yamin Ağakərimzadə (“Xəmsə”)

Eşqin Tağıyev (“İtaldizain”)

Raqif Eyvazov (“İtaldizain”)

Mirmehdi Rzayev (ADBTİA)

Vüsal İsayev (“Baku Fire”)

Qüdrət İsmayılov (“Baku Fire”)

Qeyd edək ki, 8 gün davam edəcək Birinci Türk Universitetləri İdman Oyunlarında, qaydalara əsasən, turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi