Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu
Komanda
- 03 aprel, 2020
- 16:22
Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti virtual videoiclas keçirib.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın davam etdirilməməsinə qərar verilib.
Turnir cədvəlində mövcud sıralamaya əsasən, 38 xalla lider olan "Zirvə Astara" klubu Azərbaycan çempionu elan olunub. İkinci pillədəki "Atom" (34 xal) gümüş, 3-cü sıradakı "Gəncə" (32) isə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, fevralın 29-da keçirilən 20-ci turun oyunlarından sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci Azərbaycan çempionatında məcburi fasilə yaranmışdı.
Son xəbərlər
12:01
Luka Modriç Xorvatiya millisindəki rekordunu yeniləyib
Futbol12:00
Foto
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Daxili siyasət11:52
Foto
Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirilib
Daxili siyasət11:48
Video
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Daxili siyasət11:34
Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ən vacib vəzifələrimizdəndir
Region11:31
Lerik rayonunda zəlzələ olub
Hadisə11:26
DİN-in şəxsi heyəti Zəfər parkında olub
Daxili siyasət11:21
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Region11:08