Azərbaycan Basketbol Liqası: "Sərhədçi PİK" məğlub olub
Komanda
- 22 fevral, 2023
- 17:19
Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Sərhədçi PİK" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş Xırdalan təmsilçisinin qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci yarıda üstünlük nominal qonaqların tərəfinə keçib. Yekunda "AAAF Xırdalan" rəqibini 73:66 hesabı ilə məğlub edib.
Ən məhsuldar basketbolçular "Sərhədçi PİK"dən Maksvel Starvud (24 xal, 4 ribaund), "AAAF Xırdalan"dan isə Endryu Korum (20 xal, 13 ribaund) olublar.
Qeyd edək ki, XIX turun NTD - "Sabah", "Gəncə" - "Neftçi İK" və "Olimpik Şəki" - "Zirvə Astara" oyunları müvafiq olaraq fevralın 23-ü, 25-i və 26-da keçiriləcək.
Son xəbərlər
03:15
CBS: Pentaqonda Kubaya qarşı hərbi əməliyyat variantları nəzərdən keçirilir
Digər ölkələr02:33
Rusiyanın xarici dövlət borcu bir ayda 600 milyon dollardan çox artıb
Region02:15
ABŞ-nin İrana aviazərbələri nəticəsində bir gündə 35 nəfər ölüb
Region02:08
Tomas Tuxel: "Düşünmürəm ki, problem taktiki quruluşda idi"
Futbol02:02
Lionel Skaloni: "Futbolçularımızın nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çətindir"
Futbol01:42
Vens İsraildə İranla münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu bildirib
Digər ölkələr01:18
Lionel Messi İngiltərə - Argentina matçının ən yaxşı oyunçusu olub
Futbol01:04
DÇ-2026: Finalda və üçüncü yer uğrunda üz-üzə gələcək komandalar müəyyənləşib
Futbol01:03
Foto