Yuxarı

​Azərbaycan Avropa voleybol çempionatında Türkiyəyə məğlub olub

Hesab 3:0 rəqibin xeyrinə başa çatıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət voleybol komandası Belçika və Niderlandda keçirilən Avropa çempionatında Türkiyəyə məğlub olub.

"Report" xəbər verir ki, Antverpendə keçirilən görüş türklərin 3:0 hesablı (25:21, 28:26, 25:13) üstünlüyü ilə yekunlaşıb.

"B" qrupunun digər oyununda Belçika yığması macarları 3:0 hesabı ilə (25:15, 25:8, 25:18) məğlubiyyətə uğradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi