Avropa Gimnastikasının rəsmisi: Bakıdakı yarışı fərqli formatda keçirmək istəyirik

Avropa Gimnastikasının rəsmisi: Bakıdakı yarışı fərqli formatda keçirmək istəyirik Yarışı tamamilə fərqli formatda keçirməyi planlaşdırmışıq.
Komanda
31 Avqust , 2024 13:35
Avropa Gimnastikasının rəsmisi: Bakıdakı yarışı fərqli formatda keçirmək istəyirik

Yarışı tamamilə fərqli formatda keçirməyi planlaşdırmışıq.

"Report" xəbər verir ki, bunu Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Şoustrand Bakıda ilk dəfə baş tutacaq Avropa çempionatı ilə bağlı açıqlamasında deyib.

Hazırda Bakıda tədbirin həyata keçirilməsi ilə bağlı görüşlərdə iştirak edən qurum rəsmisi yeniliklər və təşkilatçılıqla bağlı məlumat verib:

"Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar keçirmək baxımından təcrübəyə malikdir. Bu bizim üçün çox maraqlı layihə olacaq. "TeamGym" gimnastikası ildən-ilə inkişafdadır. Düşünürük ki, yarış yüksək səviyyədə keçəcək. Çünki burada Avropanın ən güclü komandaları yarışacaq. Ümidvaram ki, bu komandaların iştirakı möhtəşəm ab-hava yaradacaq. Gimnastikanın bu növü Avropanın 20 ölkəsində inkişaf etməkdədir. Bu rəqəmlər ildən-ilə yüksəlir. Qonşu ölkələrdən gələnlər burada yarışı keçirmək baxımından təcrübə toplaya bilərlər. Bu, 15-ci Avropa çempionatı olacaq. Hər il fərqli ölkələrdə keçiririk, müxtəlif mədəniyyətlərlə tanış oluruq. Bu da bizim üçün yeni şəhər, fərqli mədəniyyət olacaq".

Qeyd edək ki, "TeamGym" üzrə 15-ci Avropa çempionatı oktyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi