Useyn Bolt olimpiadanın tarixinə düşüb

Useyn Bolt olimpiadanın tarixinə düşüb 29 yaşlı atlet 100 metr məsafəni 9.81 saniyəyə qət edib
Fərdi
15 Avqust , 2016 10:13
Useyn Bolt olimpiadanın tarixinə düşüb

Bakı. 15 avqust. REPORT.AZ/ Yamaykalı atlet Useyn Bolt yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, sprinter Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Bununla Bolt ardıcıl üçüncü olimpiadada 100 metr məsafəyə qaçışda kişilər arasında qızıl medal qazanan ilk idmançı adına sahib çıxıb.

29 yaşlı atlet bu məsafəni 9.81 saniyəyə qət edərək Pekin-2008 və London-2012-dəki nəticələrini yeniləyib.

Qeyd edək ki, Bolt 2017-ci ildə keçiriləcək dünya çempionatından sonra karyerasını başa vurmağı düşünür.

Son xəbərlər

Orphus sistemi