Türkiyə MOK: "IV İslam Həmrəyliyi Oyunları daha sıx əməkdaşlıq qurmağa imkan verəcək" - EKSKLÜZİV

Türkiyə MOK: "IV İslam Həmrəyliyi Oyunları daha sıx əməkdaşlıq qurmağa imkan verəcək" - EKSKLÜZİV Türkiyənin nümayəndə heyətinin tərkibinə 609 nəfər, o cümlədən 388 idmançı daxil olacaq
Fərdi
15 Aprel , 2017 11:09
Türkiyə MOK: IV İslam Həmrəyliyi Oyunları daha sıx əməkdaşlıq qurmağa imkan verəcək - EKSKLÜZİV
Report.az

Bakı. 15 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Türkiyənin nümayəndə heyətinin tərkibinə 609 nəfər, o cümlədən 388 idmançı daxil olacaq.

Bu barədə "Report"a Türkiyə Milli Olimpiya Komitəsindən (MOK) məlumat veriblər.

MOK-dan qeyd ediblər ki, üzgüçülük, dayvinq, boks, futbol, gimnastika, həndbol, cüdo, görmə əngəlli idmançılar arasında cüdo, karate, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağırlıqqaldırma, güləş, uşu, basketbol, su polosu kimi idman növlərində müxtəlif əyarlı medallar qazanacaqlarını gözləyirlər.

Türkiyə MOK-dan IV İslam Həmrəyliyi Oyunlarının daha sıx əməkdaşlıq qurmağa və gələcəkdə onu inkişaf etdirməyə imkan verəcəyi bildirilib.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi