"Rio-2016": Braziliya olimpiya çempionu olub

"Rio-2016": Braziliya olimpiya çempionu olub Penaltilər zamanı Braziliya yığması Almaniya komandasına 5:4 hesabı ilə qalib gəlib
Fərdi
21 Avqust , 2016 03:10
Rio-2016: Braziliya olimpiya çempionu olub

Bakı. 21 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları çərçivəsində Braziliya və Almaniyanın kişi futbolçularından ibarət yığmaları finalda üz-üzə gəlib.

"Report"un məlumatına görə, oyunun birinci hissəsinin 26-cı dəqiqəsində Neymar Braziliyanı hesabda irəli çıxarıb. Lakin ikinci hissənin 59-cu dəqiqəsində Mayer Maksimilian hesabı bərabərləşdirib.

Final oyununun əsas hissəsi 1:1 bərabərliyi ilə başa çatdığından əlavə vaxt ayrılıb.

Oyunun əlavə vaxtında isə komandalar fərqlənə bilməyib. Penaltilər seriyasında Braziliya yığması Almaniya komandasına 5:4 hesabı ilə qalib gəlib. 

Bununla da Braziliyanın kişi futbolçulardan ibarət yığması ilk dəfə olimpiya çempionu olub.  

Son xəbərlər

Orphus sistemi