"Report" İslamiada ilə bağlı mükafat alıb

"Report" İslamiada ilə bağlı mükafat alıb "Zəfər günləri"ni ən yaxşı işıqlandıran KİV-lər təltif olunub
Fərdi
31 May , 2017 13:29
Report İslamiada ilə bağlı mükafat alıb
Report.az

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarla görüşləri işıqlandıran Kütləvi İnformasiya Vasitələrinin mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə İslamiadanın yüksək təşkilatçılıq və Azərbaycanın medal sıralamasında yarışın qalibi adını qazanması ilə əlamətdar olduğunu bildirib. 

O deyib ki, Azərbaycan ümumilikdə 162 medal əldə etməklə, İslam dünyasında ən böyük idman ölkəsi sayıldığını sübuta yetirib. Ç.Hüseynzadə I Avropa Oyunları zamanı təməlini qoyduqları "Zəfər günləri" layihəsini İslamiadada da davam etdirdiklərini söyləyib: "Hər gün medal qazanan idmançıları MOK-a dəvət edib, mükafatlandırdıq. "Lider" TV ilə müştərək layihəmiz olan "Zəfər günləri"nin işıqlandırılmasında digər KİV-lər də yaxından iştirak etdilər. Onların hər birinə minnətdarlığımızı bildiririk".

Daha sonra Ç.Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev mükafatları təqdim ediblər.

"Report" İnformasiya Agentliyi "Zəfər günləri"ni işıqlandıran "Ən yaxşı informasiya agentliyi" nominasiyası üzrə qalib kimi təltif olunub.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi