Jinq Ninq: "Gümüş medal da pis deyil"

Jinq Ninq: "Gümüş medal da pis deyil" Azərbaycanda da stolüstü tennis tədricən inkişaf edir"
Fərdi
19 May , 2017 18:41
Jinq Ninq: Gümüş medal da pis deyil

Bakı. 19 may. REPORT.AZ/ "Çətin görüş alındı. Rəqib üstün oyun sərgilədi. Hu daha təcrübəli tennisçidir".

"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan stolüstü tennisçisi Jinq Ninq söyləyib.

Finalda türkiyəli Melek Huya uduzan Çin əsilli idmançı ikinciliyi qəatbəxş saydığını və növbəti yarışlara daha səylə hazırlaşacağını deyib: "Finalda uduzsam da, gümüş medal da pis deyil. Qarşıdakı yarışlara baxacağıq. Azərbaycanda da stolüstü tennis tədricən inkişaf edir". 

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanq bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi