İslamiadada VII yarış günü: Azərbaycan və Türkiyə yığmaları finalda qarşılaşacaqlar

İslamiadada VII yarış günü: Azərbaycan və Türkiyə yığmaları finalda qarşılaşacaqlar Yenə 12 növdən 8-də medallar uğrunda mübarizə gedəcək
Fərdi
14 May , 2017 07:31
İslamiadada VII yarış günü: Azərbaycan və Türkiyə yığmaları finalda qarşılaşacaqlar

Bakı. 14 may. REPORT.AZ/ “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 12 idman növü üzrə mübarizə gedəcək. “Report”un məlumatına görə, bunların 8-də medal yarışları olacaq. 

Bədii gimnastika və idman gimnastikası növlərində fərdi və komanda yarışlarının qalibləri müəyyənləşəcək. 

Cüdoda 3 çəkidə 4, paracüdoda 4 çəkidə 8 idmançı medal uğrunda yarışacaq. 

Qadın və kişi karateçilər kata və kumitedə hərəyə 3 medal üçün vuruşacaqlar. 

Günün ən ən çox maraq doğuran görüşlərirı həndbol komandaları arasında final və bürünc medal uğrunda matçlar olacaq. Qadınların mübarizəsində həlledici qarşılaşmada Azərbaycan və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar voleybolçu qadınların yarışında qrup mərhələsinin görüşü çərçivəsində də üz-üzə gələcəklər. 

Atıcılıq, üzgüçülük və ağırlıqqaldırma növlərində də medallar uğrunda mübarizə gedəcək. 

Qeyd edək ki, artıq Azərbaycanın aktivində 22 medal var. Bunlardan 10-u qızıl, 9-u gümüş, 3-ü bürüncdür. 

14 may (bazar)

Boks (12:15 – 20:00)

Kişilər

12:00. 69 kq. 1/8 final. Tamerlan Abdullayev - Muhammetmurat Sahedov (Türkmənistan)

18:00. 60 kq. 1/4 final. Cavid Çələbiyev - Hakan Doğan (Türkiyə)

18:00. 91 kq. 1/4 final. Teymur Məmmədov - Sardorbek Beqaliyev (Özbəkistan)

Bakı Kristal Zalı 2


İdman gimnastikası (09:00 - 13:30)

Kişilər (Timur Bayramov, Murad Ağarzayev, Bense Talas)

Dayaqla tullanma, turnik, dəstəli at (təsnifat mərhələsi), komandalar (medal mərasimi)

Qadınlar (Yuliya İnşina, Marina Nekrasova, Yekaterina Tişkova)

Sərbəst hərəkətlər, gimnastika tiri (təsnifat mərhələsi), komandalar (medal mərasimi):

Milli Gimnastika Arenası

Bədii Gimnastika (18:30 - 21:15)

Fərdi finallar

Halqa: Marina Durunda, Jalə Piriyeva 

Top: Marina Durunda, Jalə Piriyeva 

Gürzlər: Jalə Piriyeva, Marina Durunda

Lent: Jalə Piriyeva, Marina Durunda

Milli Gimnastika Arenası


Həndbol

Kişilər

11:15. Bürünc medal uğrunda oyun: İraq - Əlcəzair

15:45. Final: Səudiyyə Ərəbistanı - Türkiyə

Qadınlar

13:30. Bürünc medal uğrunda oyun: Kamerun – Özbəkistan

18:00. Final: Azərbaycan – Türkiyə

Sərhədçi İdman Kompleksi

Cüdo (10:00 – 21:20)

Qadınlar

+78 kq

Yarımfinal

İrina Kindzerska - Essohanam Noeline Koro (Toqo)

İrina Kindzerska - Sonya Asselah (Əlcəzair)

81 kq

1/4 final. Məmmədəli Mehdiyev - Mixail Marçitan (BƏƏ) / Abdulkərim Albişi (Səudiyyə Ərəbistanı) cütünün qalibi

100 kq

1/4 final. Elmar Qasımov - Ali Erdoğan (Türkiyə) / Mahbubulla Haq Mohammadi cütünün qalibi

1/4 final. Elxan Məmmədov - Sultan Mania (Səudiyyə Ərəbistanı)90 kq, 100 kq, +100kq

Paracüdo (10:00 – 21:20)

Kişilər

66 kq: Elçin Talıbov, Bayram Mustafayev

73 kq: Ramil Qasımov, Natiq Talıbov

90 kq: Tofiq Məmmədov, Rövşən Səfərov

+100 kq: Kənan Abdullaxanlı, İlham Zəkiyev

Heydər Əliyev adına İdman Arenası

Karate (10:00 - 21:00)

Kişilər

Kata

1/8 final. Roman Heydərov - Dmitri Stomp (Surinam) 

Kumite

84 kq. 1/8 final. Ayxan Mamayev - Mahmud Sayan (İordaniya)

+84 kq. 1/4 final. Asiman Qurbanlı - Muhammad Ramzan (Pakistan)

Qadınlar 

Kata

1/4 final. Neda Rezei - Selin Li (Malayziya)

Kumite

68 kq: 1/4 final. İrina Zaretska - Nada Mohamed / Marina Afue Konan (Kot dİvuar)

+68 kq: 1/4 final. Fəridə Əliyeva - İmene Atif (Əlcəzair)

Bakı İdman Zalı


Atıcılıq (09:00 - 19:15)

Qarışıq komanda halında

10 m pnevmatik tüfəng (təsnifat mərhələsi və medal mərasimi): Jalə Bayramova, Əli Məcidli

Kişilər

25 m tapança ilə sürətli atəş: Ruslan Lunyov

Səngər stendi: Ramil Rüstəmzadə, Əli Hüseynli, Əlimirzə Quliyev

Qadınlar

25 m tapança ilə sürətli atəş (təsnifat və final mərhələsi, medal mərasimi): İradə Aşumova, Nigar Nəsirova, Zərifə Qasımova


Üzgüçülük (10:10 - 19:45)

Kişilər

10:11. 200 m brass: Seçmə mərhələ: Vəli İsrafilov

10:00. 200 m sərbəst: Seçmə mərhələ: Nikolay Trarov, Dorian Fazekas

18:41. 1500 m sərbəst: Final. Maksim Şemberev 

18:22. 100 m batterflyay (Delfin): Final. Yevgeni Lazuka, Dmitri Saley

18:05. 100 m arxa üstə: Yarımfinal. Raman Saley, Boris Kirillov

Qadınlar

17:25. 100 m sərbəst: Yarımfinal. Fatimə Alkərəmova

17:00. 50 m batterflyay (Delfin): Yarımfinal. İlahə Rəciyeva 

Bakı Su İdmanı Mərkəzi


Tennis (10:00 - 19:00)

Kişilər

Pakistan - Qətər

Türkiyə - Özbəkistan

Azərbaycan - İordaniya

Qadınlar

Türkiyə - Türkmənistan

Türkmənistan - Özbəkistan

Pakistan - Özbəkistan

Azərbaycan - Türkiyə

Bakı Tennis Akademiyası


Voleybol

Kişilər

III tur

B qrupu

10:00. Mərakeş – Əlcəzair

21:30. İran – Qətər

Qadınlar

19:00. Azərbaycan – Türkiyə

Su polosu

Kişilər

II tur

A qrupu

16:30. Səudiyyə Ərəbistanı - İran

18:00. İndoneziya – Azərbaycan

Ağırlıqqaldırma

Kişilər

14:00. 62 kq. Allahyar Abışov 

Son xəbərlər

Orphus sistemi