İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək

İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək Futbol, voleybol, su polosu, atıcılıq, cüdo, boks və s. idman növləri üzrə yarışlar olacaq
Fərdi
28 Aprel , 2017 19:45
İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək

Bakı. 28 aprel. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının günlük təqviminin dərcini davam etdirir.

Yeddinci yarış günündə 10 idman növü üzrə - futbol, voleybol, su polosu, atıcılıq, tennis, cüdo/paracüdo, üzgüçülük, ağırlıqqaldırma, boks və idman gimnastikası yarışları keçiriləcək.

14 may (bazar ertəsi)

Atıcılıq

Kişilər

50 m tapança ilə atəş, qarışıq komanda halında səngər stendi və 25 m standart tapança (təsnifat və final mərhələsi)

Qadınlar

Dairəvi stend və 50 m 3 vəziyyətdə tüfəng ilə atəş (təsnifat və final mərhələsi)

Bakı Atıcılıq Mərkəzi

Qeyd edək ki, oyunlar saat 09:00 – 19:00 aralığında keçiriləcək.

Voleybol

Seçmə mərhələ

Kişilər

Türkiyə - Pakistan

Qətər - Səudiyyə Ərəbistanı

Qadınlar

Türkiyə - Qırğızıstan

Bakı Kristal Zalı 1

Qeyd edək ki, oyunlar saat 10:00 – 12:30 aralığında keçiriləcək.

Tennis

Kişilər

Komanda yarışları (final mərhələsi)

Qadınlar

Komanda yarışları (final mərhələsi)

Bakı Tennis Akademiyası

Qeyd edək ki, oyunlar saat 10:00 – 18:00 aralığında keçiriləcək.

Cüdo/Paracüdo

Kişilər

1/4 final və final mərhələsi

Qadınlar

1/4 final və final mərhələsi

Heydər Əliyev adına İdman Arenası

Qeyd edək ki, oyunlar saat 10:00 – 18:00 aralığında keçiriləcək.

Üzgüçülük

Kişilər

50 m sərbəst, 100 m brass, 400 m fərdi kompleks, 4 ✕ 200m sərbəst estafet (təsnifat, yarımfinal və final mərhələsi)

Qadınlar

100 m brass, 200 m arxa üstə, 200 m batterflyay (delfin) (təsnifat, yarımfinal və final mərhələsi)

Bakı Su İdmanı Mərkəzi

Qeyd edək ki, oyunlar saat 10:00 – 19:45 aralığında keçiriləcək.

Ağırlıqqaldırma

Kişilər

69 kq və 75 kq

Qadınlar

69 kq və 75 kq

Ağır Atletika Arenası

Qeyd edək ki, oyunlar saat 12:00 – 20:00 aralığında keçiriləcək.

Boks

Kişilər

1/4 və 1/8 final mərhələsi

Bakı Kristal Zalı 2

Qeyd edək ki, oyunlar saat 12:00 – 21:00 aralığında keçiriləcək.

İdman Gimnastikası

Kişilər

Sərbəst hərəkətlər, paralel qollar, halqalar, turnik, dəstəli at və dayaqla tullanma (final mərhələsi)

Qadınlar

Müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər və dayaqla tullanma (final mərhələsi)

Milli Gimnastika Arenası

Qeyd edək ki, oyunlar saat 12:00 – 20:45 aralığında keçiriləcək.

Futbol

Seçmə mərhələ

Kişilər

12:30 Oman - Əlcəzair

18:30 Kamerun - Səudiyyə Ərəbistanı

Azal Arena

12:30 Türkiyə - Fələstin

18:30 Mərakeş - Azərbaycan

Bayıl Arena

Su polosu

Dairəvi sistem

Səudiyyə Ərəbistanı – İndoneziya

Azərbaycan - Türkiyə

Voterpol Arenası

Qeyd edək ki, oyunlar saat 16:30 – 19:00 aralığında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi