İslamiada: Ramil Quliyev Türkiyə yığmasına növbəti qızıl medalı qazandırıb

İslamiada: Ramil Quliyev Türkiyə yığmasına növbəti qızıl medalı qazandırıb Əslən azərbaycanlı atlet yarışın ən sürətli idmançısı sayılıb
Fərdi
19 May , 2017 00:02
İslamiada: Ramil Quliyev Türkiyə yığmasına növbəti qızıl medalı qazandırıb

Bakı. 18 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının ən sürətli atleti müəyyənləşib. "Report"un məlumatına görə, bu, hazırda Türkiyə milli komandasının heyətində çıxış edən əslən azərbaycanlı sprinter Ramil Quliyevdir.

27 yaşlı idmançı həm 100 metr, həm də 200 metr məsafələrə qaçışda birinci yeri tutub. Quliyev bu məsafələri müvafiq olaraq, 10,6 saniyə və 20,08 saniyəyə qət edib. Azərbaycan təmsilçiləri isə 100 metr məsafəyə qaçışda nəinki final, heç yarımfinal mərhələsinə də yüksələ bilməyiblər. Kamran Əsgərov bu məsafəni 11,04 saniyəyə, Ramiz Məlikov 11,26 saniyəyə qaçıb.

200 metr məsafəyə qaçışda isə Yevgeni Kasilov təsnifat mərhələsində 21,97 saniyə, Arif Abbasov 22,65 saniyə nəticə göstərib. Onlar yarımfinala yüksəlsələr də, müvafiq olaraq, 21,96 saniyə və 22,45 saniyə göstəriciləri finala vəsiqə üçün yetərli olmayıb.

Qeyd edək ki, Ramil Quliyev 2011-ci il aprelin 4-dən Türkiyəni təmsil edir.  

Son xəbərlər

Orphus sistemi