İslamiada: Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb

İslamiada: Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb Baş məşqçi Leonid Loivski yarışda 10 boksçuya güvənəcək
Fərdi
2 May , 2017 14:57
İslamiada: Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, ölkə təmsilçiləri 10 çəkinin hamısında mübarizə aparacaqlar. 

Baş məşqçi Leonid Loivski Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları 12 – 18 mayda “Bakı Kristal Zalı-2”də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi