İslamiada: Boks, taekvondo və qadın voleybolunda yarışlar yekunlaşır

İslamiada: Boks, taekvondo və qadın voleybolunda yarışlar yekunlaşır İki yeni növdə mübarizə başlayır
Fərdi
18 May , 2017 07:29
İslamiada: Boks, taekvondo və qadın voleybolunda yarışlar yekunlaşır

Bakı. 18 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 10 idman növü üzrə mübarizə gedəcək. 

"Report"un məlumatına görə, bunlardan basketbol 3X3 və suya tullanma növləri üzrə yarışlara start veriləcək. Əvəzində boksçular, taekvondoçular və voleybolçu qadınlar çıxışlarını başa vuracaqlar. 

Boks növündə Azərbaycanın 6 təmsilçisi finala yüksəlib, daha 1-i isə bürünc medalını rəsmiləşdirib. Taekvondoda ölkə idmançıları son 5 çəki dərəcəsindən 4-də çıxış edəcəklər. Voleybolçu qadınların mübarizəsində isə Azərbaycan millisi Türkiyə ilə final görüşündə üz-üzə gələcək.

23 yaşadək futbolçuların mübarizəsində yarımfinal görüşləri də diqqət mərkəzində olacaq. Azərbaycan millisi Əlcəzairlə, Kamerun Omanla qarşılaşacaq. Bu komandalardan 3-ü, o cümlədən Yaşar Vahabzadənin baş məşqçi olduğu kollektiv qrup mərhələsində 5 xal toplayıb. Yalnız Əlcəzair A qrupunu 7 xalla birinci pillədə tamamlayıb. "Dalğa Arena"da keçiriləcək görüşlərin qalibləri finala yüksələcəklər.

Yunan-Roma güləşi növündə Azərbaycanın 4 təmsilçisindən 3-nün ilk rəqibi iranlılar olacaq.

Stolüstü tennisçilərin yarışında Azərbaycanı təmsil edən çinli legionerlər 1/4 final görüşlərinə çıxacaqlar.

İslamiada başlayandan ən uğursuz nəticələr göstərən Azərbaycan tennisçiləri qadınların fərdi yarışında ilk görüşlərinə çıxacaqlar. 

Atletika / para-atletikada isə yeni medalların əldə olunma ehtimalı böyükdür.

Atletika

Kişilər

100 metr T11: Təsnifat mərhələsi. Elçin Muradov, Nurlan İbrahimov

Nizə atma F13: Final. İslam Qəhrəmanzadə, Vladimir Zayets

Qadınlar

200 metr: Final. Zəkiyyə Həsənova

Uzunluğa tullanma: Final. Yekaterina Sarıyeva, Yelena Pextıryova

Hündürlüyə tullanma: Final. Aleksandra Biryukova, İlona Salyamova

Nizə atma: Final. Raqnetta Zülfüqarova

Bakı Olimpiya Stadionu

Basketbol (3X3)

Kişilər

A qrupu: AZƏRBAYCAN, Səudiyyə Ərəbistanı, Pakistan, Türkmənistan, Türkiyə

16:30. Türkiyə - Pakistan

17:00. Türkmənistan - Səudiyyə Ərəbistanı

18:30. Türkiyə - Azərbaycan

19:00. Səudiyyə Ərəbistanı - Pakistan

20:00. Azərbaycan - Türkmənistan

B qrupu: Kot dİvuar, İndoneziya, İordaniya, Mali, Qətər

11:00. İndoneziya - Qətər

11:30. Kot dİvuar - Mali

12:30. İndoneziya - İordaniya

13:00. Qətər - Kot dİvuar

13:30. Mali - İordaniya

Qadınlar

A qrupu: Əlcəzair, AZƏRBAYCAN, Mali, Türkmənistan

10:00. Türkmənistan - Azərbaycan

10:30. Əlcəzair - Mali

12:00. Azərbaycan - Əlcəzair

B qrupu: İndoneziya, Pakistan, Fələstin, Suriya, Türkiyə

15:30. İndoneziya - Türkiyə

16:00. Suriya - Fələstin

17:30. İndoneziya - Pakistan

18:00. Türkiyə - Suriya

19:30. Fələstin - Pakistan

Basketbol Arenası

Boks

Final

60 kq. Cavid Çələbiyev - Ammar Kərbəlayi (İraq)

69 kq. Tamerlan Abdullayev - Bobo-Usmon Baturov (Özbəkistan)

75 kq. Kamran Şahsuvarlı - Tursınbay Kulahmet (Qazaxıstan)

81 kq. Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan)

91 kq. Teymur Məmmədov - Burak Akşin (Türkiyə)

+91 kq. Məhəmmədrəsul Məcidov - Manaf Asad (Suriya)

Bakı Kristal Zalı-2

Suya tullanma

Kişilər

3 metr tramplin: Təsnifat mərhələsi. Dmitri Sorokin, Artyom Danilov

Bakı Su İdmanı Mərkəzi

Futbol

Yarımfinal

12:30. Əlcəzair - Azərbaycan

"Dalğa Arena"

18:30. Kamerun - Oman

"Dalğa Arena"

Stolüstü tennis

1/4 final

Kişilər

Xinhanq Yu - Nima Deronkolayi Alamiyan (İran)

Qadınlar

Miao Vanq - Maryam Samet (İran)

Jinq Ninq - Diana Assi (Fələstin)

"Sərhədçi" İdman Olimpiya Mərkəzi

Taekvondo

Kişilər

63 kq: 1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) / Ahmad Alhosani (BƏƏ) cütünün qalibi

74 kq: 1/4 final. Səid Quliyev - Muhammad Fahim (Pakistan) / Toş van Diyk (Surinam) cütünün qalibi

87 kq: 1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya)

Qadınlar

62 kq: 1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş)

Bakı İdman Zalı

Tennis

Qadınlar

1/8 final

Umayra Haşımova - Jahan Bayramova (Türkmənistan)

Amina Dik - Komola Umarova (Özbəkistan)

Bakı Tennis Akademiyası

Voleybol

Kişilər

B qrupu

10:00. İran - Əlcəzair

12:30. Səudiyyə Ərəbistanı - Mərakeş

Xal durumu: İran - 9 xal (3 oyuna), Əlcəzair - 6 (2), Qətər - 3 (3), Səudiyyə Ərəbistanı - 0 (2), Mərakeş - 0 (2)

Qadınlar

3-cü yer uğrunda

17:00. Tacikistan - Qırğızıstan

Final

19:30. Azərbaycan - Türkiyə

Bakı Kristal Zalı-1


Yunan-Roma güləşi

66 kq

1/4 final. Kamran Məmmədov - Mehdi Zeydvand (İran)

75 kq

1/4 final. Elvin Mürsəliyev - Rəsul Qarmsiri (İran)

85 kq

1/4 final. İslam Abbasov - Mahdi Fallah Hamidabadi (İran)

130 kq

1/4 final. Sabah Şəriəti - Musab Akram Xan (Pakistan)

Heydər Əliyev adına Arena

Son xəbərlər

Orphus sistemi