İslamiada: Azərbaycanın 10 cüdoçusundan 9-u finala yüksəlib

İslamiada: Azərbaycanın 10 cüdoçusundan 9-u finala yüksəlib Daha 1 cüdoçu isə bürünc medal görüşünə çıxacaq
Fərdi
13 May , 2017 14:29
İslamiada: Azərbaycanın 10 cüdoçusundan 9-u finala yüksəlib

Bakı. 13 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mübarizəsinə start verilib. 

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 kişi və 6 qadın cüdoçusu tatami üzərinə çıxıb.

Onlardan 9-u finala yüksəlib. Kişilərin mübarizəsində Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov və Hidayət Heydərov, qadınlardan isə Aişə Qurbanlı, Bazarraqça Erdenebat, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova bütün rəqiblərini üstələyib. Orucovla Heydərov və Erdenebatla Qurbanlı həlledici qarşılaşmada bir-birilərinə rəqib olublar. İçinxorlo Munxtsedev isə bürünc medal görüşünə çıxacaq.

Cüdo

Kişilər

60 kq

1/4 final. Orxan Səfərov - Əli Xusrof (Yəmən) - 48 saniyəyə ippon

1/2 final. Orxan Səfərov - Otar Bestayev (Qırğızıstan)

FİNAL. Orxan Səfərov - Bekir Özlü (Türkiyə)

66 kq

1/4 final. Nicat Şıxəlizadə - Eysa Majraşi (Səudiyyə Ərəbistanı) - qızıl xalla qələbə

1/2 final. Nicat Şıxəlizadə - Alireza Xojasti (İran) - 3 dəqiqə 24 saniyəyə ippon

FİNAL. Nicat Şıxəlizadə - Houd Zurdani (Əlcəzair)

73 kq

1/8 final. Rüstəm Orucov - Behruzi Xojazoda (Tacikistan) - 2 dəqiqə 45 saniyəyə ippon

1/4 final. Rüstəm Orucov - Yunis Odat Eyal Slman (İordaniya) - 1 dəqiqə 54 saniyəyə ippon

1/2 final. Rüstəm Orucov - Hasan Vanlıoğlu (Türkiyə)

1/8 final. Hidayət Heydərov - Frederik Adebayo Olimpio (Toqo) - 68 saniyəyə ippon

1/4 final. Hidayət Heydərov - Bekadil Şaymerdenov (Qazaxıstan) - qızıl xalla qələbə

1/2 final. Hidayət Heydərov - Qiyosjon Boboyev (Özbəkistan) - 55 saniyəyə ippon

FİNAL. Hidayət Heydərov - Rüstəm Orucov

Qadınlar

48 kq

Yarımfinal. Aişə Qurbanlı - Ayah Kitaneh (İordaniya) - 44 saniyəyə ipponla qələbə

1/4 final. Bazarraqça Erdenebat - Saltanat Sultanbekova (Qazaxıstan) - 3 dəqiqə 14 saniyəyə ippon

1/2 final. Bazarraqça Erdenebat - Vəfa İdrissi Şorfi (Mərakeş) - 3 dəqiqə 38 saniyəyə ippon

FİNAL. Aişə Qurbanlı - Bazarraqça Erdenebat

52 kq

1/4 final. Nəzakət Əzizova - Ester Korin Evala Bondim (Qabon) - 49 saniyəyə ippon

1/2 final. Nəzakət Əzizova - Diyora Keldiyorova (Özbəkistan) - qızıl xalla qələbə

Final. Nəzakət Əzizova - İrem Korkmaz (Türkiyə)

57 kq

1/8 final. İçinxorlo Munxtsedev - Hadil Elalmi (İordaniya)

1/4 final. İçinxorlo Munxtsedev - Ratiba Tariket (Əlcəzair) - 53 saniyəyə məğlubiyyət

Təsəlliverici görüş. İçinxorlo Munxtsedev - Amangül Allanazarova (Özbəkistan) - 2 dəqiqə 23 saniyəyə ippon

Bürünc medal görüşü. İçinxorlo Munxtsedev - Zuleyxa Abzetta Dabon (Kot dİvuar)

1/8 final. Kifayət Qasımova - Yusra Əlbuhayri (Mərakeş) - 1 dəqiqəyə ipponla qələbə

1/4 final. Kifayət Qasımova - Kseniya Beldyagina (Qırğızıstan) - 2 dəqiqə 34 saniyəyə ippon

1/2 final. Kifayət Qasımova - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - qələbə

FİNAL. Kifayət Qasımova - Ratiba Tariket (Əlcəzair)

63 kq

1/4 final. Xanım Hüseynova - Ayna Jumakuliyeva (Türkmənistan) - 1 dəqiqə 29 saniyəyə ippon

1/2 final. Xanım Hüseynova - Meryem Byaui (Tunis) - qələbə

FİNAL. Xanım Hüseynova - Büsra Katipoğlu (Türkiyə)

Qeyd edək ki, Heydər Əliyev adına Arenada keçirilən cüdo yarışlarında final mərhələsinə saat 18:10-da start veriləcək. 

Son xəbərlər

Orphus sistemi