İslamiada: Azərbaycanın daha bir para-atleti medal qazanıb - ƏLAVƏ OLUNUB

İslamiada: Azərbaycanın daha bir para-atleti medal qazanıb - ƏLAVƏ OLUNUB Oloxan Musayev finalda 40,49 saniyə nəticə göstərib
Fərdi
17 May , 2017 19:52
İslamiada: Azərbaycanın daha bir para-atleti medal qazanıb - ƏLAVƏ OLUNUB

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Samir Nəbiyev daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, 31 yaşlı idmançı F57 kateqoriyasında lövhə atma yarışında 45,17 metr nəticə əldə edib.

Gümüş medalı 42,08 metr göstərici ilə iordaniyalı Amer Abdelaziz, bürünc medalı 41,43 metr nəticə ilə misirli Metava Abuelxir əldə edib.

Bu növdə F56 kateqoriyasında çıxış edən Oloxan Musayev isə bürünc medal qazanıb. O, finalda 40,49 metr nəticə göstərib.  

Qeyd edək ki, Samir Nəbiyev ötən gün nüvəatma yarışında da qızıl medala sahib çıxıb.  

Son xəbərlər

Orphus sistemi