İslamiada: Azərbaycanın idman gimnastları fərdi mübarizəni 10 medalla başa vurublar - YENİLƏNİB-6

İslamiada: Azərbaycanın idman gimnastları fərdi mübarizəni 10 medalla başa vurublar - YENİLƏNİB-6 2 qızıl medala Bençe Talas sahib olub
Fərdi
15 May , 2017 19:34
İslamiada: Azərbaycanın idman gimnastları fərdi mübarizəni 10 medalla başa vurublar - YENİLƏNİB-6

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən kişi idman gimnastı Bençe Talas daha bir qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Talas turniklə hərəkətlərdə 14,000 xalla birinci yeri tutub. Sonrakı yerləri türkiyəli gimnastlar - Ferhat Arıcan (13,250) və Ahmet Önder (13,200) tutub. 

Beləliklə, Azərbaycan idman gimnastları fərdi yarışları 4 qızıl, 4 gümüş, 2 bürünc medalla başa vurublar.


*** 19:02

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən kişi idman gimnastı Bençe Talas qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Bençe Talas dəstəkli gimnastika atı ilə hərəkətdə 14,250 xalla birinci yeri tutub. İranlı Səidrza Keyxa 14,200 xalla gümüş, qətərli Ahmed Aldyani 13,600 xalla bürünc medala sahib olub.

Azərbaycanın bu növdə daha bir təmsilçisi Murad Ağarzayev 12,700 xalla 5-ci yeri tutub. 

*** 18:55

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın idman gimnastı Yuliya İnşina qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, İnşina sərbəst hərəkətlərdə 13,100 xalla birinci yeri tutub. 

*** 18:12

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman gimnastları daha 2 medal qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında gimnastika tiri üzərində hərəkətlərdə 12600 xalla gümüş, Yuliya İnşina 12250 xalla bürünc medala sahib olub.

*** 14:40

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın idman gimnastı Yekaterina Tişkova gümüş medal qazanıb. "Report"un məlumatına görə, Tişkova müxtəlif hündürlüklü qollarla hərəkətlərdə 12,450 xal toplayıb.

Türkiyəli Demet Mutlu 12,750 xalla qızıl, Ekin Morova isə 11,900 xalla bürünc medal əldə edib.

Kişi idman gimnastı Bençe Talas da gümüş medal qazanıb. O, halqalarla çıxışda Talas 14,500 xal toplayıb.

Türkiyəli İbrahim Çolak 15,250 xalla qızıl, iranlı Hadi Xanarinejad 13,850 xalla bürünc medala sahib olub. 

*** 13:47

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın idman gimnastı Marina Nekrasova gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, Nekrasova dayaqla tullanmada 13,700 xal toplayıb. Qızıl medalı özbəkistanlı Oksana Çusovitina 14,250 xalla qızıl, indoneziyalı Rifda İrfanalutfi 13,025 xalla bürünc medala yiyələnib.

***13:44

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən idman gimnastı Timur Bayramov bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, Bayramov paralel qollarda hərəkətlər üzrə final mərhələsində 13,100 xal əldə edib.

Türkiyəli Ferhat Arıcan 14,900 xalla qızıl, əlcəzairli Hillal Metici 13,500 xalla gümüş medala sahib olub. 

***13:02

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman gimnastı Murad Ağarzayev qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində birinci yeri tutub. O, 14,400 xal toplayıb. 

Əlcəzairli Ahmed Anis Mauc 13,350 xalla gümüş, türkiyəli Ahmet Önder 13,100 xalla bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi